Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri 26% artıb
Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri 26% artıb24-11-2022, 12:54. Yazar: Admin |
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 706 401,5 min manat təşkil edib, bu da illik müqayisədə 26% artım deməkdir. Dövlət Statistika Komitəsindən Qarabaqinfo.az-a verilən məlumata görə, ötən ilin yanvar-sentyabr aylarında sözügedən göstərici 1 353 883,7 min manat səviyyəsində olub. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 501,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,1% çoxdur. Qaz nəqlinin 53,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 15 203,3 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,6%-lik artım).APA Geri dön |