Ana Sayfa > Karusel / Manşet > Borrel: Milyonlarla insanı su və istilikdən məhrum etmək qəddarlıqdır

Borrel: Milyonlarla insanı su və istilikdən məhrum etmək qəddarlıqdır


23-11-2022, 21:56. Yazar: Admin

Borrel: Milyonlarla insanı su və istilikdən məhrum etmək qəddarlıqdır

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumunu pisləyib.

Qarabaginfo.az xəbər verir ki, Borrell bu barədə "Twitter"də bildirib.

 

"Rusiyanın Ukraynada mülki şəxslərə və kritik infrastruktura qarşı cinayətkar hücumlarını qətiyyətlə pisləyirik. Bu kütləvi şəkildə eletrikin kəsilməsinə səbəb olub və həmçinin Moldovada da elektrik kəsilib. Qışda milyonlar insanı işıq, su və istilikdən məhrum etmək qəddar və qeyri-insanidir. Aİ-nin Ukrayna və Moldovaya dəstəyi durmadan davam edir", - Borrel vurğulayıb.


Geri dön