Ana Sayfa > Karusel > “Bu çətin məqamda da Türkiyənin yanındayıq” - Əli Əsədov

“Bu çətin məqamda da Türkiyənin yanındayıq” - Əli Əsədov


23-11-2022, 17:53. Yazar: Admin
“Bu çətin məqamda da Türkiyənin yanındayıq” - Əli Əsədov

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

 

Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb.

 

Bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır.

 

Türkiyənin vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.


Geri dön