Ana Sayfa > Karusel > Kreml böyük təxribata hazırlaşır: Belqoroda hücum...

Kreml böyük təxribata hazırlaşır: Belqoroda hücum...


23-11-2022, 10:52. Yazar: Admin

 

Kreml Ukraynadakı müharibəyə ictimai dəstəyi bərpa etmək məqsədilə Belqorod vilayətinə hücum təşkil edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Kreml təbliğatçıları fərziyyələr irəli sürürlər ki, guya Ukrayna Belqorod vilayətini işğal etmək niyyətindədir. Rusiyanın gözlənilən hücumla bağlı bəyanatları absurddur və yalnız geniş ictimaiyyətin müharibəyə dəstək verməsi məqsədini daşıyır. Ukraynanın Rusiyaya təcavüz etməkdə heç bir strateji marağı yoxdur”, - məlumatda qeyd olunub.

 


Geri dön