Ana Sayfa > Karusel / Manşet > Blinken və Stoltenberq Ukraynaya əlavə yardımı müzakirə ediblər

Blinken və Stoltenberq Ukraynaya əlavə yardımı müzakirə ediblər


22-11-2022, 23:08. Yazar: Admin

Blinken və Stoltenberq Ukraynaya əlavə yardımı müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

 

O bildirib ki, tərəflər NATO xarici işlər nazirlərinin noyabrın 29-30-da Buxarestdə keçiriləcək görüşündən əvvəl Ukraynaya əlavə yardım və Şimali Atlantika Alyansının müdafiəsinin gücləndirilməsini müzakirə ediblər.

Prays əlavə edib ki, onlar Finlandiya və İsveçin NATO-ya qoşulmasına dəstəklərini ifadə ediblər.


Geri dön