Ana Sayfa > Karusel / Manşet > Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı oldu

Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı oldu


22-11-2022, 18:23. Yazar: Admin

Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı oldu

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın hökumət saytında məlumat verilib.

Bildirilir ki, 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı kimi hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.

“Mixail Mişustin və Əli Əsədov nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, - deyə məlumatda vurğulanıb.


Geri dön