Ana Sayfa > Karusel > Sarıbaba yüksəkliyi istiqamətində mina TƏXRİBATI

Sarıbaba yüksəkliyi istiqamətində mina TƏXRİBATI


22-11-2022, 16:54. Yazar: Admin
Sarıbaba yüksəkliyi istiqamətində mina TƏXRİBATI

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

 

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

 

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.


Geri dön