Ana Sayfa > Karusel / Manşet > Abşeronda avtobus piyadanı vuraraq öldürdü
Abşeronda avtobus piyadanı vuraraq öldürdü22-11-2022, 00:12. Yazar: Admin |
Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi "Sentra" markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb. Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri dön |