Ana Sayfa > Karusel / Manşet > "Avropa siyasi birliyi"nin növbəti iclası bu ölkədə keçiriləcək

"Avropa siyasi birliyi"nin növbəti iclası bu ölkədə keçiriləcək


21-11-2022, 23:47. Yazar: Admin

“Avropa siyasi birliyi”nin ikinci forumu Moldovada keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərar Moldovaya dəstək məqsədilə Parisdə keçirilən donor konfransında qəbul edilib. Görüş 2023-cü ilin iyun ayında baş tutacaq.

Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi”nin ilk Zirvə Toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iclasda iştirak edib.

Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.


Geri dön