Ana Sayfa > Karusel / Manşet > Ərdoğan Tokayevi qələbə münasibətilə təbrik edib

Ərdoğan Tokayevi qələbə münasibətilə təbrik edib


21-11-2022, 18:27. Yazar: Admin

Ərdoğan Tokayevi qələbə münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevlə telefon danışığı aparıb.

Qarabginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

 

Qeyd olunub ki, Prezident Ərdoğan Kasım Jomart-Tokayevi Qazaxıstanda keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Seçkilərin nəticəsinin dost və qardaş Qazaxıstan üçün xeyirli olmasını arzu edən prezident Ərdoğan, iki ölkə arasındakı Genişləndirilmiş Strateji Tərəfdaşlığın yeni dövrdə güclənəcəyinə və dərinləşəcəyinə inandığını bildirib.


Geri dön