Ana Sayfa > Karusel / Region > Kosaçev: "Ermənistanla Azərbaycan arasında münaqişə KTMT-nin səlahiyyətlərinə AİD DEYİL"

Kosaçev: "Ermənistanla Azərbaycan arasında münaqişə KTMT-nin səlahiyyətlərinə AİD DEYİL"


21-11-2022, 16:48. Yazar: Admin

Ermənistanla Azərbaycan arasında münaqişə KTMT-nin səlahiyyətlərinə aid deyil.

Qarabaginfo.az xəbər verir ki, bunu Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev “Arqumentı i faktı” nəşrinə müsahibəsində deyib. O, bu barədə KTMT və Rusiyanın Azərbaycanla münaqişədə Ermənistana daha enerjili, ilk növbədə hərbi dəstək verə biləcəyi ilə bağlı suala cavab verərkən deyib.

“KTMT-yə üzv olan ölkələrin hər biri ona (Ermənistan-Azərbaycan münaqişəsi – red.) münasibətini müstəqil şəkildə müəyyənləşdirir. Rusiyaya gəlincə, məlumdur ki, biz nizamlanmanı ən səmimi şəkildə təşviq edirik. Üstəlik, bizim səylərimiz hər iki tərəfdən eyni dərəcədə tələb olunur”, – vitse-spiker deyib.

Kosaçev hesab edir ki, başqa cür ola bilməz, vəziyyət yalnız bu məcrada inkişaf edə bilər.

“Bu münaqişədə yalnız bir tərəfə dəstək mövqeyi tutmaq onu daha da gərginləşdirmək deməkdir. Biz sülh yolu ilə nizamlanma mövqeyi tutmalı və bu nizamlanmanın şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etməliyik”, – deyə o izah edib.

Bu kontekstdə Federasiya Şurasının vitse-spikeri qeyd edib ki, o, Ermənistan-Azərbaycan münaqişəsində bir tərəfin mövqeyini dəstəkləyən Türkiyənin siyasətini tənqid edib.

“Mənim nöqteyi-nəzərimdən o, burada səhv edir”, – Kosaçev deyib.


Geri dön