Ana Sayfa > Karusel / Manşet > DÇ-2022-nin açılış mərasimi keçirilib

DÇ-2022-nin açılış mərasimi keçirilib


20-11-2022, 19:22. Yazar: Admin

DÇ-2022-nin açılış mərasimi keçirilib

Qətərdə təşkil edilən dünya çempionatının açılış mərasimi keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, tədbir Dohadan 40 kilometr şimalda yerləşən El-Xaur şəhərindəki 60 min tamaşaçı tutumuna mali “El-Bayt” stadionunda baş tutub.

 

Mərasimdə Cənubi Koreyanın Kpop qrupu BTS-in üzvlərindən Çon Conquk “Dreamers” musiqisini ifa edib. Həmçinin bir çox tanınmış xarici və qətərli müğənnilər öz ifaları ilə iştirak ediblər.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər – Ekvador oyunu ilə start götürəcək DÇ-2022-nin çempionu 42 milyon dollar qazanacaq.


Geri dön