Ana Sayfa > Karusel / Manşet > Polşa bomba sığınacaqlarının sayını artırır

Polşa bomba sığınacaqlarının sayını artırır


19-11-2022, 20:43. Yazar: Admin

Polşa bomba sığınacaqlarının sayını artırır

Son insident fonunda Polşa hakimiyyəti bomba sığınacaqlarının sayını artırmaq niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski RMF radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, ilin sonuna kimi sığınacaqların inventarlaşdırılması aparılacaq.

"Biz sığınacaqlar üçün yeni obyektlər tapmalı və vətəndaşlar üçün sığınacaq olacaq yerlərin sayını artırmalıyıq", - deyə nazir qeyd edib.


Geri dön