Ana Sayfa > Karusel / Manşet > Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var

Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var


19-11-2022, 13:53. Yazar: Admin

Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək", deyə Araz Əsgərli əlavə edib.


Geri dön