Ana Sayfa > Karusel / Manşet > Lənkəranda axundu motosiklet vurdu

Lənkəranda axundu motosiklet vurdu


18-11-2022, 23:36. Yazar: Admin

Lənkəranda axundu motosiklet vurdu

Lənkəranda yol qəzası baş verib.

 

Qarabaginfo.az xəbər verir ki, hadisə Mamusta kəndi ərazisində baş verib.

Üç təkərli “Murovey” motosikleti kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. 


Geri dön