Ana Sayfa > Karusel > Bakıda saxta araq hazırlayan sex aşkarlandı - VİDEO

Bakıda saxta araq hazırlayan sex aşkarlandı - VİDEO


18-11-2022, 12:04. Yazar: Admin
Bakıda saxta araq hazırlayan sex aşkarlandı - VİDEO

Nərimanov rayonunda yaşadığı evdə gizli sex yaradaraq saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb. Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Nərimanov rayonunda yaşayan Samir Qurbanov tutulub. Onun evində yaratdığı gizli sexə baxış zamanı kustar üsulla hazırladığı xeyli sayda araq, tekila, həmçinin müxtəlif adlar altında qablaşdırılmış saxta spirtli içkilər, qapaqlar, texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsızdır.

 

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan matetriallar Nərimanov Rayon Polis İdarəsinə göndəərilib, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


Geri dön