Ana Sayfa > Karusel > İranda Xomeyninin evi yandırıldı - VİDEO
İranda Xomeyninin evi yandırıldı - VİDEO18-11-2022, 12:03. Yazar: Admin |
Etirazçılar İran İslam Respublikasının birinci ali rəhbəri və qurucusu olmuş Ruhullah Xomeyninin evini yandırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Arab News” portalı yayıb.
Məlumata görə, yandırılan ev muzey kimi istifadə olunub.
Aksiya iştirakçıları bina yanarkən İran rejimi əleyhinə şüarlar səsləndiriblər.
Xatırladaq ki, cari ilin sentyabr ayının ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər. VİDEO LİNK: https://ok.ru/video/4333310052970?fromTime=5 Geri dön |