Ana Sayfa > Karusel / Gündəm > Avropada qazın qiyməti 1 250 dollara yaxınlaşıb

Avropada qazın qiyməti 1 250 dollara yaxınlaşıb


18-11-2022, 09:52. Yazar: Admin

Avropada qazın qiyməti 1 250 dollara yaxınlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 250 ABŞ dollarına yaxınlaşıb.

Qarabaqinfo.az xəbər verir ki, 17 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 245,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 224,8 dollar) ilə müqayisədə 1,7% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.


Geri dön