Ana Sayfa > Karusel / Manşet > BMT-nin azərbaycanlı rəsmisindən Əfqanıstanda humanitar böhranla bağlı XƏBƏRDARLIQ
BMT-nin azərbaycanlı rəsmisindən Əfqanıstanda humanitar böhranla bağlı XƏBƏRDARLIQ17-11-2022, 22:54. Yazar: Admin |
“2023-cü ildə Əfqanıstan əhalisinin üçdə ikisinin humanitar yardıma ehtiyacı olacaq”. Qarabaginfo.az xəbər verir ki, bunu BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov deyib.
“Əfqanıstan əhalisinin 65%-nin hansısa formada humanitar yardıma ehtiyacı olacaq. Bu il ÜDM-in 35-40% azalacağını gözləyirik”, - əlaqələndirici bildirib. Onun sözlərinə görə, vəziyyət 700 min iş yerinin itirilməsinə səbəb olub. “Əhalinin gəlirlərinin dörddə üçü ərzağa xərclənir, 25 milyona yaxın insan yoxsulluq şəraitində yaşayır”, - R.Ələkbərov əlavə edib. Geri dön |