Ana Sayfa > Karusel / Manşet > Yaponiya Baş naziri ilk dəfə Çin lideri ilə görüşdü

Yaponiya Baş naziri ilk dəfə Çin lideri ilə görüşdü


17-11-2022, 21:36. Yazar: Admin

Yaponiya Baş naziri ilk dəfə Çin lideri ilə görüşdü 

Yaponiyanın Baş naziri Fumio Kişida Çin lideri Si Cinpinlə ilk dəfə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, görüş Taylandda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında baş tutub.

Diplomatik əlaqələrin qurulmasından keçən 50 il ərzində münasibətlərin böyük bir yol qət etdiyini, regionda sülh və firavanlığa töhfə verdiyini ifadə edən Si Cinpin yeni dövrdə münasibətlərin müvafiq istiqamətdə inkişaf edəcəyinə ümid etdiklərini bildirib.

Görüşdə Kişida Yaponiyanın qanuna əsaslanan beynəlxalq nizamın qorunmasının tərəfdarı olduğunu bildirib, Yaponiya hökumətinin Çinin Şərqi Çin dənizinin mübahisəli bölgələrində hərbi təsirini artırmasından narahatlığını dilə gətirib.

Bundan əlavə, baş nazir Yaponiya xarici işlər nazirinin Çinə səfərinin planlaşdırıldığını qeyd edib.


Geri dön