Ana Sayfa > Karusel / Manşet > Fransa XİN-in nümayəndəsi: Senatın Azərbaycanla bağlı qətnaməsi hökumətin mövqeyini əks etdirmir
Fransa XİN-in nümayəndəsi: Senatın Azərbaycanla bağlı qətnaməsi hökumətin mövqeyini əks etdirmir17-11-2022, 18:40. Yazar: Admin |
Cənubi Qafqaz üzrə xüsusi elçi, Şərq Tərəfdaşlığı üzrə səfir, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Brice Rocquefeuil Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib. Qarabaginfo.az-ın xəbərinə görə, bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb. Görüşdə iştirak edən Cənubi Qafqaz üzrə xüsusi elçi, Şərq Tərəfdaşlığı üzrə səfir, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Brice Rocquefeuil Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin Fransa Hökumətinin mövqeyi olmadığını söyləyib. Geri dön |