Ana Sayfa > Karusel / Kriminal > Baş redaktor dələduzluğa görə həbs edildi
Baş redaktor dələduzluğa görə həbs edildi17-11-2022, 14:08. Yazar: Admin |
Bərdədə “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru Faiq Əzimzadə saxlanılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, araşdırmalar zamanı baş redaktorun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məhkəmənin qərarı ilə Faiq Əzimzadə barəsində həbs qətimkan tədbiri seçilib. Geri dön |