Ana Sayfa > Karusel / Manşet > İranda daha 3 etirazçı edam olunacaq

İranda daha 3 etirazçı edam olunacaq


16-11-2022, 21:00. Yazar: Admin

İranda daha 3 etirazçı edam olunacaq

İranda hökumət əleyhinə nümayişlərdə iştirak edən 3 nəfər edam cəzasına məhkum edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, edam olunacaq nümayişçilərin sayı getdikcə artacaq. Həmçinin qeyd olunub ki, iğtişaşlarda həbs olunanlar apellyasiya şikayəti verə bilərlər.

Xatırladaq ki, ötən həftə Tehran və Kərəc şəhərlərində saxlanılan 19 nəfərə ölüm cəzası veriləcəyi açıqlanıb.


Geri dön