Ana Sayfa > Karusel / Manşet > Karen Donfrid: “Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsi ABŞ-ın milli təhlükəsizlik marağıdır”
Karen Donfrid: “Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsi ABŞ-ın milli təhlükəsizlik marağıdır”16-11-2022, 20:11. Yazar: Admin |
Azərbaycanın və Ermənistanın Sovet İttifaqının çökməsindən sonra başlayan və 30 ildən çoxdur davam edən münaqişəyə uzunmüddətli sülhün əldə edilməsi üçün tarixi fürsəti var.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı deyib. O əlavə edib ki, Dövlət katibi Entoni Blinkenin liderliyi ilə ABŞ dialoqun davam etdirilməsində vasitəçi olub və sentyabın 19-da həmçinin noyabrın 7-də xarici işlər nazirlərinin birgə görüşünə ev sahibliyi edib. “Biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması dialoqunu müsbət qiymətləndiririk və hər iki tərəfə yardımçı rolu oynamağa hazır olduğumuzu bildirmişik. Bu, regional sabitliyi artıra və daha böyük iqtisadi inkişafa apara bilər. Həmçinin bu, Rusiyanın Ukraynadakı səbəbsiz və qəddar müharibəsi fonunda indi daha vacibdir”. Geri dön |