Ana Sayfa > Karusel / Manşet > Polşa səfiri Rusiya XİN-ə çağırılıb

Polşa səfiri Rusiya XİN-ə çağırılıb


16-11-2022, 19:53. Yazar: Admin

Polşa səfiri Rusiya XİN-ə çağırılıb

Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında paylaşım edib.

 

Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhəd ərazisinə iki raket düşüb.

Nəticədə iki dinc sakin həlak olub.

Rusiya Müdafiə Nazirliyi Polşaya atılan raketlərlə əlaqəsinin olmadığını və raket fraqmentlərinin Ukraynaya məxsus "S300" sistemlərinə aid olduğunu açıqlayıb.

Rəsmi Varşava insidentə görə Rusiyanı günahlandırıb.


Geri dön