Ana Sayfa > Karusel / Manşet > İtaliya Baş naziri Çin lideri ilə görüşdü

İtaliya Baş naziri Çin lideri ilə görüşdü


16-11-2022, 19:35. Yazar: Admin

İtaliya Baş naziri Çin lideri ilə görüşdü 

İtaliyanın baş naziri Giorgia Meloni Çin lideri Si Cinpin ilə görüşüb.

Qarabaginfo.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, görüş İndoneziyada keçirilən G20 sammiti çərçivəsində baş tutub.

Görüş zamanı tərəflər Ukraynada müharibəyə son qoymaq və gərginliyin qarşısını almaq üçün hər bir diplomatik təşəbbüsün təşviq edilməsi ilə bağlı razılığa gəliblər.

Meloni həmçinin Si Cinpinə İtaliyanın Çinə ixracatını artırmaq istədiyini bildirib, Aİ-Çin dialoqunun, o cümlədən insan haqları mövzusunda canlandırılmasının vacibliyini vurğulayıb və Çinə səfər dəvətini qəbul edib.


Geri dön