Ana Sayfa > Karusel / Multimedia > “Baku TV“yə peyk yayımı verildi

“Baku TV“yə peyk yayımı verildi


16-11-2022, 17:58. Yazar: Admin

“Baku TV“yə peyk yayımı verildi

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə "Baku TV" MMC və "Beat Media" MMC tərəfindən Audiovizual Şuraya daxil olmuş müraciətlərə baxılıb. 

Qarabaginfo.az xəbər verir ki, bu Yenisabaha.az-a barədə Audiovizual Şuradan məlumat verilib.

İddiaçılar tərəfdən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat verib və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd ediblər.

Şura üzvləri geniş müzakirələrdən sonra "Media haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının "Baku TV" MMC-yə (televiziya redaksiyasının adı: "Baku TV") və "Beat Media" MMC-yə (televiziya redaksiyasının adı: "Beat TV") verilməsi barədə müvafiq qərarlar qəbul ediblər. 


Geri dön