Ana Sayfa > Karusel / Mədəniyyət > Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb

Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb


16-11-2022, 17:53. Yazar: Admin

Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb

Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək həvalə edilib.


Geri dön