Ana Sayfa > Karusel > Stoltenberq: Ukraynanın özünü müdafiə etmək hüququ var, vəziyyəti monitorinq edirik

Stoltenberq: Ukraynanın özünü müdafiə etmək hüququ var, vəziyyəti monitorinq edirik


16-11-2022, 16:24. Yazar: Admin

Yens Stoltenberq

 

“Ukraynanın özünü müdafiə etmək, onun mülki infrastrukturunu, əhalisini hədəf alan zərbələri zərərsizləşdirmək hüququ var”.

Bunu NATO Baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi ilə bağlı fövqəladə iclasdan sonra mətbuat konfransında deyib.

O bildirib ki, dünən baş verən insidentdən NATO narahat olub, eyni zamanda, belə hadisələrə hazırdır: “Təbii ki, biz çox narahat olduq və xüsusilə də nəzərə almaq lazımdır ki, bu insident itkilərə səbəb olub və buna çox üzüldük. Biz vəziyyəti monitorinq edirik. Ancaq NATO belə hadisələrə hazırdır. Biz bu cür insidentlərin öhdəsindən gəlməyə, öz təmkinimizi saxlayaraq, hər hansı gərginliyə səbəb olmamağa çalışırıq”.


Geri dön