Ana Sayfa > Karusel > Armen Qriqoryan Hindistana gedir

Armen Qriqoryan Hindistana gedir


16-11-2022, 12:12. Yazar: Admin
Armen Qriqoryan Hindistana gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək.

 

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Hindistanın daxili işlər naziri Amit Şahın dəvəti ilə bu ölkəyə səfər edəcək Armen Qriqoryan noyabrın 18-19-da Yeni Dehlidə olacaq.

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi terrorizmin maliyyələşdirilməsi məsələsinə həsr olunmuş konfransda iştirak edəcək.

 

Səfər zamanı Armen Qriqoryanın bir sıra görüşlər keçirməsi də planlaşdırılır.


Geri dön