Ana Sayfa > Karusel > Polşaya atılan raket kimindir? – NATO izləyib

Polşaya atılan raket kimindir? – NATO izləyib


16-11-2022, 10:34. Yazar: Admin

 

Polşa hava məkanı üzərində uçan NATO təyyarəsi ölkə ərazisinə atılan raketin izinə düşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə CNN Alyansın sözçüsünə istinadən məlumat yayıb.

“Radar izləri olan məlumat NATO və Polşaya verilib”, - məlumatda deyilir.

NATO sözçüsü Polşada izlənilən raketin kim tərəfindən və haradan atıldığını açıqlamayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Ukraynaya atdığı bildirilən raketin Polşaya düşməsi nəticəsində 2 mülki şəxs həlak olub. Rusiya raketin ona məxsus olması barədə xəbəri təkzib edib.

 


Geri dön