Ana Sayfa > Karusel > Erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdamda mövqelərini atəşə tutub
Erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdamda mövqelərini atəşə tutub16-11-2022, 10:20. Yazar: Admin |
Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Geri dön |