Ana Sayfa > Karusel > Traktor "VAZ"la TOQQUŞDU - Ölən var

Traktor "VAZ"la TOQQUŞDU - Ölən var


16-11-2022, 10:18. Yazar: Admin
Traktor

Noyabrın 15-də saat 11 radələrində Oğuz rayonunun Xaçmaz kəndi ərazisində kənd sakinləri Səxavət Atakişiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə E.Usubovun idarə etdiyi “MTZ” markalı traktor toqquşub.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə S.Atakişiyev hadisə yerində ölüb.

 

Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Geri dön