Ana Sayfa > Karusel / Manşet > "Polşa ərazisinə raket düşməsi ilə bağlı xəbərlər narahatlıq doğurur"
"Polşa ərazisinə raket düşməsi ilə bağlı xəbərlər narahatlıq doğurur"16-11-2022, 00:31. Yazar: Admin |
Rusiya raketlərinin Polşa ərazisinə düşməsi ilə bağlı xəbərlər narahatlıq doğurur. Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib. O əlavə edib ki, Vaşinqton nə baş verdiyini və müvafiq növbəti addımları müəyyənləşdirməyə çalışır. "Dövlət Departamenti tərəfdaşlarla danışır və Polşa hökuməti ilə işləyir", - Petel bildirib. Ağ Ev isə vurğulayıb ki, ABŞ hələlik Polşadan gələn xəbərləri təsdiq edə bilmir. CNN-in məlumatına görə, ABŞ müdafiə naziri Lloyd Ostin tezliklə polşalı həmkarı ilə danışıqlar aparacaq. Geri dön |