Ana Sayfa > Karusel / Manşet > Ermənistanda Njdenin heykəlinə "Xamneyiyə ölüm" YAZDILAR

Ermənistanda Njdenin heykəlinə "Xamneyiyə ölüm" YAZDILAR


15-11-2022, 21:20. Yazar: Admin

Ermənistanda Njdenin heykəlinə

Ermənistanda faşist Qaregin Njdenin heykəlinin üstü yazılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni politoloq Abraham Qasparyan özünün "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, heykəlin üstünə farsca “Xamneyiyə ölüm” yazılıb.

Heykəlin kim tərəfindən yazıldığı məlum deyil. Ermənistan rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Qaregin Njde İkinci Dünya müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.


Geri dön