"Bu gün bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib".
Qarabaginfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib.
Qeyd edək ki, bu gün Müsavat Partiyası İran səfirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.
"Cəhdin qarşısı alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Saxlanılan yoxdur", - DİN rəsmisi vurğulayıb.