Ana Sayfa > Karusel > Birgə Demarkasiya Komissiyasının iclası keçirildi

Birgə Demarkasiya Komissiyasının iclası keçirildi


15-11-2022, 16:04. Yazar: Admin
Birgə Demarkasiya Komissiyasının iclası keçirildi

Noyabrın 14-15-də Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on ikinci iclası keçirilib.

 

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

İclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi bəyan edilib, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsi üzrə işlər barədə müzakirə aparılıb, habelə Komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.

 

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib.

 

Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.


Geri dön