Ana Sayfa > Karusel / Region > Paşinyan Blinkenlə Qarabağı müzakirə etdi

Paşinyan Blinkenlə Qarabağı müzakirə etdi


15-11-2022, 11:44. Yazar: Admin

Paşinyan Blinkenlə Qarabağı müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. 

Qarabaginfo.az xəbər verir ki, Hökumətin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair fikir mübadiləsi ediblər.

Dövlət katibi Blinken ABŞ-ın Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına və Dağlıq Qarabağ probleminin həllinə yardım etməyə hazır olduğunu bildirib.

Paşinyan ABŞ-ın səylərini və Blinkenin şəxsi iştirakını yüksək qiymətləndirib.

Tərəflər regionda təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi istiqamətində atılacaq addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. 


Geri dön