Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər, noyabrın 7-də Vaşinqtonda baş tutmuş Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə toxunublar.