Ana Sayfa > Karusel > Dəmir yolundan 10 minlik OĞURLUQ
Dəmir yolundan 10 minlik OĞURLUQ15-11-2022, 10:23. Yazar: Admin |
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus kontakt mis naqilləri oğurlayan şəxslər saxlanılıb.
Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Şirvan-Osmanlı dəmiryolu mənzilinin 53-cü kilometrliyində, Şirvan Enerji Təchizatı Sahəsinə məxsus uzunluğu 250 metr, dəyəri isə 10000 manata yaxın olan qoşa kontakt mis naqili oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Ə.Əliyusifli və F.Rüstəmov, eləcə də Sabirabad rayon sakini R.Məmmədov saxlanılıblar.
Geri dön |