Ana Sayfa > Karusel / Manşet > Azərbaycan millisini Moldovada azərbaycanlı azarkeşlər qarşılayıb - FOTO

Azərbaycan millisini Moldovada azərbaycanlı azarkeşlər qarşılayıb - FOTO


14-11-2022, 22:11. Yazar: Admin

Moldova ilə qarşılacaq Azərbaycan milli komandası  artıq Kişinyovdadır.

Qarabaginfo.az xəbər verir ki, millimizin futbolçularını orada yaşayan həmyerlilərimiz hava limanında qarşılayıb. 

Qeyd edək ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Denis Şurmana, Aleksandr Jukov və Viktor Nijnik köməklik göstərəcək. Dördüncü hakim funksiyasını moldovalı Roman Jitari yerinə yetirəcək.

Xatırladaq ki, noyabrın 16-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Geri dön