PKK terror təşkilatı İstanbuldakı hücumda hər hansı əli olduğunu inkar edib.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 13-də İstanbulun mərkəzindəki İstiqlal küçəsində baş verən partlayışda şübhəli bilinən şəxs saxlanılıb PKK ilə əlaqəsinin olduğunu etiraf edib.
Qeyd edək ki, terror nəticəsində6 nəfər ölüb, 81 nəfər yaralanıb.
Lakin sözügedən qruplaşma bunu rədd edib: "PKK-nın Taksimdə İstiqlal küçəsində baş verən partlayışla heç bir əlaqəsi yoxdur".