Ana Sayfa > Karusel / Dünya > İƏT Parlament Assambleyası: “Erməni qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
İƏT Parlament Assambleyası: “Erməni qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”14-07-2020, 18:22. Yazar: Admin |
İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatına dair bəyanatla çıxış edib. Qarabaginfo.az xəbər verir ki, Ermənistan ordusu tərəfindən edilən hücumdan və Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğal altında qalmasından dərin narahatlığını ifadə edən Baş katibin bəyanatında deyilir ki, 12 iyulda Ermənistan silahlı qüvvələrinin artilleriya dəstəyi ilə həyata keçirdiyi hücumun nəticəsində Azərbaycan Respublikasının ərazisində iki nəfərin ölümünə və beş nəfərin yaralanmasına səbəb olub.
Geri dön |