Ana Sayfa > Karusel > Türkiyə ABŞ-ın başsağlığını qəbul etmədi
Türkiyə ABŞ-ın başsağlığını qəbul etmədi14-11-2022, 13:02. Yazar: Admin |
"Bizə verilən mesajı aldıq, mesajın nə olduğunu bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmirik".
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
“Biz heç kimin düşməni deyilik, heç kimə xəyanət etmirik. Bildirmək istəyirəm ki, bizim xəyanətə dözməyə gücümüz yoxdur. Əməliyyatlar davam edir. Əgər onlar tutulmasaydı, bu gün qaçaqmalçılıq yolu ilə Yunanıstana keçəcəkdilər”, - deyə nazir İstanbulda törədilən terrordan söz açıb.
Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Bəzi ekspertlər terror aktının ABŞ-ın sifarişi ilə həyata keçirildiyini iddia edirlər. Geri dön |