Ana Sayfa > Karusel > Erməni silahlıları Azərbaycan Ordusunun Xocavənddəki mövqelərini atəşə tutub
Erməni silahlıları Azərbaycan Ordusunun Xocavənddəki mövqelərini atəşə tutub14-11-2022, 12:00. Yazar: Admin |
Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Qarabaginfo.az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Xəbərə görə, bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Geri dön |