Ana Sayfa > Karusel > Türkiyədən terroru dəstəkləyənlərə XƏBƏRDARLIQ

Türkiyədən terroru dəstəkləyənlərə XƏBƏRDARLIQ


14-11-2022, 11:23. Yazar: Admin
Türkiyədən terroru dəstəkləyənlərə XƏBƏRDARLIQ

“Mülki əhalimizə qarşı terror hücumları bəzi ölkələrin terror qruplaşmalarına dəstəyinin birbaşa və dolayı nəticəsidir. Əgər onlar Türkiyə ilə dostluq istəyirlərsə, terrorçulara birbaşa və dolayı dəstək dərhal dayandırmalıdırlar”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviter hesabında yazıb.

 

O bildirib ki, hadisədə əli olan şəxslər tapılacaq və cəzalandırılacaqlar: “Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Onların dərdini, kədərini bölüşürəm”.


Qeyd edək ki, dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Terror aktını aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Geri dön