Ana Sayfa > Karusel / Manşet > Bakıda qadının ölümündə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda qadının ölümündə şübhəli bilinən şəxs saxlanılıb


14-11-2022, 00:13. Yazar: Admin

Bakıda qadının ölümündə şübhəli bilinən şəxs saxlanılıb

Noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.

DİN-dən verilən məlumarta görə, aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.

 

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.


Geri dön