Ana Sayfa > Karusel / Cəmiyyət > Adil Əliyev: “Bu müharibənin bir hissəsi düşmənin “əlaltıları” vasitəsilə həyata keçirilən təxribat siyasətidir”

Adil Əliyev: “Bu müharibənin bir hissəsi düşmənin “əlaltıları” vasitəsilə həyata keçirilən təxribat siyasətidir”


14-07-2020, 17:55. Yazar: Admin

 

 Adil Əliyev: “Bu müharibənin bir hissəsi düşmənin “əlaltıları” vasitəsilə həyata keçirilən təxribat siyasətidir”

“Hazırda Silahlı Qüvvələrimiz tarixi bir missiya həyata keçirir və hərbi qulluqçularımız üzərlərinə qoyulan vəzifələri canları bahasınada olsa həyata keçirirlər. Eyni zamanda hər birimiz bu cür vəziyyətdə riayət etməli olduğumuz vəzifələr var”

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib

Onun sözlərinə görə, Ermənistan tərəfindən təxribat başlandığı andan ölkəmizin aidiyyəti qurumları tərəfindən fasiləsiz rəsmi məlumatlar yayılmağa başlayıb və bu müddət ərzində informasiyasız qaldığımız 1 saat belə olmayıb:

“Bu səbəbdən də hər kəs yalnız rəsmi məlumatlara istinad etməli, əsassız məlumatlara inanmamalı, həmçinin bu cür məlumatların yayılmasından çəkinməlidir. Düşmənə vurulmuş zərəri Ermənistan etiraf etmədiyi bir halda, Azərbaycan ordusunun sərrast vurduğu hədəflərin videomaterialları da çox qısa bir zamanda ictimaiyyətə təqdim edilib”.

A.Əliyev qeyd edib ki, bu müharibə həm də informasiya müharibəsidir, düşmənin informasiya müharibəsi zamanı əlavə olaraq dezinformasiyanı ötürməsi, olmamış hadisələri olmuş kimi qələmə verməsi, habelə köhnə və ya həqiqəti əks etdirməyən məlumatları yaymasına şərait yaratmamalıdır:

“Milli Ordumuza aid olan məlumatları paylaşmamalı, hər birimiz təmkinli olmalı, veriləcək əmr və göstərişləri vaxtında icra etməyə hazır olmalı, pandemiya dövrünündə tələblərini nəzərə alaraq dövlət orqanlarının işlərini çətinləşdirən hallara yol verməməliyik. Düşmən yalnız müharibəni cəbhədə aparmır, bu müharibənin bir hissəsi həm də onların “əlaltıları” vasitəsilə həyata keçirilən təxribat siyasətidir”.

Vitse-spiker deyib ki, bu gün Ordumuz və güclü dövlətimiz var: “Ordumuz bütün növ müasir silahlarla təmin edilmiş, tam şəkildə komplektləşdirilmiş, hazırda nəinki Cənubi Qafqazın eyni zamanda dünyanın ən güclü ordularından biridir”. "Report"


Geri dön