Ana Sayfa > Karusel / Manşet > İstanbuldakı partlayışın istintaqına 8 prokuror təhkim olunub

İstanbuldakı partlayışın istintaqına 8 prokuror təhkim olunub


13-11-2022, 21:09. Yazar: Admin

Bəkir Bozdağ

İstanbul Respublika Prokurorluğu tərəfindən İstiqlal prospektində baş verən partlayışın təhqiqatı üçün səkkiz prokuror və baş prokurorun iki müavini təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

 

"İstanbul Respublika Prokurorluğu partlayışla bağlı məhkəmə istintaqına başlayıb. İstintaqın səmərəli aparılması üçün 8 dövlət prokuroru və iki baş prokurorun müavini təhkim edilib. Hadisə bütün aspektləri ilə araşdırılır. Hadisəni törədənlərin qısa müddətdə tutulması üçüb araşdırmalar çərçivəsində hadisənin bütün tərəfləri araşdırılacaq” – deyə Bozdağ vurğulayıb.


Geri dön