Ana Sayfa > Karusel / Manşet > Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana13-11-2022, 19:43. Yazar: Admin |
Hörmətli cənab Prezident, Əziz Qardaşım,
İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin! İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 13 noyabr 2022-ci il. Geri dön |